Şüvəlanın dənizə yaxın, prestijli və sakit məhəlləsində şəxsi həyat tərzi üçün tikilmiş 2 mərtəbəli villa sahibini gözləyir. Köçüb yaşamağa tam hazırdır. Bu, sadəcə ev deyil. Geniş ailələr, qonaqpərvər insanlar və şəhərin səs-küyündən bezənlər üçün ideal yaşam sahəsidir. Həyətdə hovuz, manqal zonası və yaşıllıq var. Ümumi sahəsi 500 kv.m ibarətdir. 2 mərtəbəli dir. Otaqlar: 5 geniş yataq otağı + 2 işıqlı qonaq otağı. Hər ailə üzvünə öz şəxsi sahəsi düşür. Sanitar qovşaq: 6 hamam otağı - qonaq gələndə növbə gözləməyəcəksən. Həyət: 8 sot hasarlanmış ərazi. Tam yaşıllıq salınıb. Hovuz, filterli baseyn və manqal yeri hazırdır. 1. Tam təmirli və əşyalı: Villa zövqlə dizayn edilib və bütün mebellərlə təchiz olunub. Mətbəx texnikası, qonaq və yataq dəstləri qalır. Əlavə xərc çəkmirsən. Daxil ol və yaşamağa başla. 2. Sənəd qaydasındadır: Kupça - çıxarış var. Alqı-satqı bir günə notariusda həll olunur. Bank ipoteka üçün də yararlıdır. 3. İnfrastruktur: Şüvəlan qəsəbəsinin mərkəzinə, marketlərə, məktəbə, bağçaya yaxındır. Eyni zamanda küçə sakit və dalandır - maşın səsi, toz yoxdur. Təcili satıldığı üçün 510.000 AZN qoyulub. Evi görmədən qərar verməyin. Şəkillər villanın real ab-havasını tam ötürə bilmir. Real alıcı ilə qiymətdə razılaşmaq mümkündür. Əlavə məlumat və evə baxış üçün əlaqə saxlayın.