İcarəyə verilir – 3 otaqlı yeni tikili, 120 m² | Nəriman Nərimanov metrosu
Nəriman Nərimanov metrosunun və Metropark Ticarət Mərkəzinin yaxınlığında, Azinko yaşayış kompleksində yerləşən 120 m² sahəyə malik, tam təmirli və əşyalı 3 otaqlı mənzil uzunmüddətli kirayə verilir.
Mənzilə geniş qonaq otağı, 2 yataq otağı, ayrıca mətbəx, qarderob, 2 sanitar qovşağı və 2 eyvan daxildir. Hər otaqda LG kondisioner quraşdırılıb. İstilik sistemi kombidir.
Mənzil yüksək keyfiyyətli məişət texnikası ilə tam təchiz olunub:
* Bosch markalı mikrodalğalı soba, qaz plitəsi, duxovka, aspirator, soyuducu, qabyuyan və paltaryuyan;
* 2 ədəd Samsung televizor;
* Hər otaqda lazımi mebel mövcuddur.
Mənzil yalnız uzunmüddətli kirayə üçün nəzərdə tutulub.
Depozit: 1000 AZN.